ABŞ sanksiyaları qaldırdı: Çavuşoğlu detalları açıqladı

Baxış sayı:
2197

ABŞ-ın dünən ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya qərarını qaldırmasından sonra xarici işlər naziri Mövlud Çavuşoğlu məsələnin detallarına dair mühüm bir açıqlama verib.
 
 Çavuşoğlu, yalnız Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiya qərarlarına, beynəlxalq hüququn gərəyi olaraq tabe olmaq məcburiyyətində olduqlarını söyləyərək, belə davam edib:
“ABŞ, sanksiya qərarından imtina etmək istədi. Ötən günlərdə bizə zəng etdilər. Qarşılıqlı olaraq sanksiyanı qaldırma məsələsində hazırsınızmı? deyə soruşdular. Biz bunu yanlış saydığımız üçün “Siz nə vaxt qaldıracaqsınızsa, biz də qaldırarıq” dedik. Dünən bu barədə addımlar atıldı. Lazımi yazışmaları həyata keçirdik. Müvafiq nazirlik və qurumlara da ABŞ-lı iki nazir haqqında sanksiya qərarını qaldırdığımızı da yazılı şəkildə bildirmiş olduq".
Müxalifət.az