ABŞ-ın S-400-lərin niyə əleyhinə çıxdığı bəlli oldu: Almanlardan xəbərdarlıq

Baxış sayı:
14017

Türkiyənin S-400 almasına ABŞ çox sərt bir şəkildə qarşı çıxır. Bunun səbəbi yalnız Rusiya ilə "düşmən" olması deyil. S-400-ün alınmasının Türkiyə prizmasında çox həlledici əhəmiyyəti var. Alman jurnalı “Stern”-də dərc olunan bir yazı məhz o kritik əhəmiyyəti izah edir.
 
 “Stern”-də yer alan yazıya görə, ABŞ dünyanın hər bir ölkəsinin hava məkanında təyyarələriylə uçan bir ölkədir. Dolayısıyla Türk hava məkanında da başda Aralıq dənizi olmaqla, radara görünmədən uça bilir.
 
GÖRÜNMƏZ TƏYYARƏLƏRİ TƏSBİT EDƏ BİLİR
 
 S-400-lərin ən əhəmiyyətli xüsusiyyəti isə görünməz kimi səciyyələndirilən təyyarələri təsbit edə bilməsidir.
 
HAVADA ANKARANIN İRADƏSİ HAKİM OLACAQ
 
“Stern” yazısında, S-400 batareyalarının Türkiyənin Şərqi Aralıq dənizindəki təsirini böyük ölçüdə artıracağını qeyd edib. Yazıda, "Ankaranın iradəsi xaricində havada heç kimsə bu sahədə çalışa bilməyəcək" deyə bildirilib.
Məhz bu vəziyyət ABŞ-ın S-400-lərin əleyhinə çıxdığını açıqlayır.
Jurnalda, həmçinin Rusiyanın təklifinin ABŞ-ın təklifindən çox daha yaxşı olduğu da bildirilir.
Müxalifət.az