ABŞ S-400-lə bağlı daha bir ölkəni təhdid etdi!

Baxış sayı:
10525

Türkiyənin Rus S-400-ü almaması üçün hər gün təhdid üstünə təhdid yağdıran ABŞ-ın hədəfində indi də Hindistan var. ABŞ-lı bir səlahiyyətli Hindistanın S-400 havadan müdafiə sistemlərinin alışı mövzusunda ‘doğru seçim' etməsiylə əlaqədar xəbərdarlıq edib. “Times of India”-da yer alan xəbərə görə, ABŞ Xarici İşlər Nazirliyindən bir səlahiyyətli "S-400 razılaşması CAATSA (ABŞ Düşmənlərinə Sanksiyala Etiraz etmə Qanunu) sanksiyaları səbəbiylə əhəmiyyətlidir. İnkişaf etmiş texnologiya ilə əməkdaşlıq mövzusunda nəyi qeyri-mümkün etdiyini göstərməsi baxımından da əhəmiyyətlidir" deyib. ABŞ-ın öz sistemlərinin xarici sistemlərlə qarışmasına qəti şəkildə qarşı olduğunu söyləyən səlahiyyətli, ‘S-400 alışının təhdid meydana gətirəcəyini' dilə gətirərək "Bu səbəblə Hindistan hərbi əlaqələrinin hara gedəcəyini, ən yüksək texnologiyanı və iş mühitini kiminlə paylaşacağını seçmək məcburiyyətindədir" deyib. Qeyd edək ki, Hindistan keçən ilin oktyabr ayında Rusiyayla havadan müdafiə sistemi olan S-400-ləri almaq üçün razılaşma imzalamışdı. ABŞ Konqresinin 2017-də çıxardığı CAATSA qanunu Rus müdafiə və kəşfiyyatıyla əlaqəli təşkilat və qurumlarla əməkdaşlıq edən üçüncü ölkə və şirkətlərə sanksiya tətbiq olunmasını nəzərdə tutur. Müxalifət.az