​ABŞ Rusiyaya zərbə endirməyə hazırlaşır - SLUTSKİ

Baxış sayı:
1909

ABŞ-ın yeni nüvə doktrinası Avropada yaradılan və Rusiyaya zərbə endirməyə kömək edən infrastrukturun müdafiəsinə yönəlib.
Muxalifət.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Rusiya Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədri Leonid Slutski söyləyib.
“ABŞ-ın sürətli qlobal zərbə üçün Şimali Koreya və İrandan raket zərbəsi bəhanəsi altında Polşa ilə Rumıniyada infrastruktur yaratması heç kəsə sirr deyil. Amerikalılar bu işdə kifayət qədər davamlıdırlar. Onların yaratdığı infrastruktur Rusiyaya qlobal zərbə endirməyə imkan verir. İndi ABŞ yeni doktrina qəbul etməklə bu infrastrukturun müdafiəsinə çalışır”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ mətbuatında ölkənin yeni nüvə doktrinasına aid olduğu iddia edilən sənədlər yayılıb. Yeni sənəddə Rusiya və Çinin nüvə texnologiyalarını, xüsusilə Rusiyanın ballistik raketlərini sürətlə inkişaf etdirdiyi bildirilib.