​ABŞ Rusiyaya yeni sanksiya tətbiq edəcək

Baxış sayı:
2377

ABŞ-ın BMT-dəki daimi səfiri Nikki Heyli Rusiyaya “Suriyaya verdiyi dəstəyə görə” yeni sanksiyalar tətbiq olunacağını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, Nikki Heyli bugünkü mətbuat konfransında ABŞ-ın Suriyada keçirdiyi əməliyyat barədə ətraflı məlumat verib.
“Suriyada edəcəklərimiz hələ bitməyib” – deyən Heyli bildirib ki, Əsəd rejimi kimyəvi silahdan yenidən istifadə etsə, ABŞ hərəkətə keçəcək:
“ABŞ Rusiyaya yeni sanksiyalar hazırlayır. Rusiyaya yeni sanksiyaların səbəbi Suriyaya verdiyi dəstəkdir”.
Heyli bildirib ki, sanksiyalar bazar ertəsi elan ediləcək.