ABŞ Rusiyanı hədələdi: Hamısını məhv edəcəyik

Baxış sayı:
2656

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Kay Bailey Hatçinson, Rusiyanı açıq şəkildə təhdid edən bəyanat verib.
 
RUSLAR MÜQAVİLƏYƏ ZİDD DAVRANIR
 
“Reuters” açıqlama verən ABŞ nümayəndəsi, Rusiyanın yeni “kruz” raket sistemini inkişaf etdirməyi dayandırması lazım olduğunu söyləyib. Hatçinson, bu sistemin Soyuq Müharibə dövründə Moskva ilə Vaşinqton arasında imzalanan müqaviləyə zidd olduğunu bildirib.
Hatçinson, "Rusiya qadağan olunmuş “kruz” raketlərini inkişaf etdirməyi dayandırmasa, bunları yox edəcəyik" deyib.
Müxalifət.az