ABŞ-ın Rusiya qərarı MƏLUM OLDU

Baxış sayı:
3463

Tramp rəhbərliyinin Rusiyanın Vaşinqtondakı səfirliyinə göndərdiyi məktub ilə, ABŞ-ın Rusiyaya qısa müddət ərzində yeni sanksiyalar qoymağı düşünmədiyini çatdırdığını bildirib.
 
Rus xəbər agentlikləri, ABŞ prezidenti Donald Tramp rəhbərliyinin Vaşinqtondakı Rusiya səfirliyinə, Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək üçün təcili planlarının olmadığını bildiriblər.
TASS agentliyinin xəbərinə görə, Rusiya xarici işlər nazirliyindən bir mənbə, "ABŞ-ın Rus səfirliyinə hələlik yeni sanksiyalar verilməyəcəyini söylədiyini təsdiq edirəm" deyib.
 
YENİ SANKSİYA İDDİASINDA OLMUŞDU
 
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, bazar günü etdiyi açıqlamada, Vaşinqtonun Rusiyaya, Suriya prezidenti Bəşər Əsədə verdiyi dəstəyə görə, yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığını söyləmişdi.
Müxalifət.az