ABŞ Rusiya məsələsini NATO-da müzakirəyə çıxarır

Baxış sayı:
676

ABŞ Rusiya mövzusunu NATO müdafiə nazirlərinin videokonfransında müzakirə etməyi planlaşdırır. Bu barədə Pentaqonun yüksək rütbəli nümayəndəsi deyib. Bildirilib ki, iclasda müdafiə və bir sıra digər məsələlər müzakirə olunacaq: "Bunlar da Rusiyanı necə qəbul etməyimizlə ayrılmaz şəkildə bağlıdır".

"Rusiya ABŞ daxil olmaqla bütün NATO müttəfiqləri üçün bir təhdiddir. Bununla yanaşı, ABŞ Rusiya ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq etmək niyyətindədir", - Pentaqon təmsilçisi əlavə edib.