ABŞ-RUSİYA-ÇİN ÜÇBUCAĞINDA DEHLİNİN YERİ:fərqli statuslu Hindistan ən ağıllı geosiyasi fiqur ola bilər - TƏHLİL

Baxış sayı:
4687

Hindistan baş naziri Narendra Modi həmvəzifəliləri ilə “qeyri-rəsmi” zirvə toplantılarına üstünlük verdiyini bir daha nümayiş etdirib və Rusiya prezidenti Vladimir Putinlə Qara dəniz sahilindəki Soçi şəhərində birgünlük görüş keçirib.
Bu, Modinin ikinci qeyri-rəsmi görüşüdür və aprel ayının sonunda o, Uhan şəhərində Çin prezidenti Si Zinpinlə təmasda olub. Hər iki halda, “sıfırlama” düyməsini basılıb və ikitərəfli münasibətlərdəki qırışları yenidən hamarlamağa çalışılıb.
Həmin qeyri-formal zirvələrin nəticələri nə olursa-olsun, Avrasiya geosiyasətinin, indi, Tramp dövründən başlayıb və növbəti 20 ildə balanssız və ziddiyyətli bir şəkildə Rusiya-Hindistan-Çin münasibətlərini formalaşacaq.
Soçi və Uhan görüşləri Hindistanın 21-ci əsrin ilk yarısının geosiyasətində fərqli, “svinq” dövləti kimi səciyyələndirir.
Qeyri-rəsmi zirvə toplantılarda, adətən, birgə bəyanatlar səslənmir və onlardan heç birində konkret bir məsələyə diqqət yetirilmir; Soyuq müharibə dövründə olduğu kimi, “zirvə” ümumiyyətlə, ABŞ və Sovet liderləri arasında yüksək səviyyəli görüşləri xatırlatmır. Həmin görüşlərdə məqsəd – strateji silahların (nüvə silahları və ballistik raketlər) azaldılması və beynəlxalq münasibətlərdə baş verən dəyişikliklərin müzakirəsidir (“strateji” sözü indi daha tez-tez istifadə olunur və qeyri-rəsmi sammitlərlə bağlı diplomatik leksikonda ən yeni variantdır).
 
 Kompleks tarixi miras
 
Rusiya-Hindistan-Çin əlaqələri qarışıqdır, çünki bu üç dövlətin mürəkkəb tarixi mirası var və son üç onillikdə müəyyən əsas dönüşlər baş verib.
Müasir Rusiyanın coğrafi ərazisi keçmiş SSRİ-yə nisbətən daha kiçik olsa da, Moskva – sovet irsinin varisidir.
O dövrdə Moskva supergücün paytaxtı idi və Sovet İttifaqının strateji çərçivəsində həm Çin kommunist “böyük qardaşı”la bağlı, həm də Hindistan neytral dövlət idi.
Pekin öz kartları ilə sərbəst oynayırdı və Soyuq müharibənin son mərhələsində sovet orbitindən çıxıb ABŞ-a uyğunlaşmaq üçün hərəkətə keçdi, bu halda Moskva neytral Hindistanla dostluq müqaviləsi bağladı.
Soyuq müharibə 1991-ci ilin dekabrında sona çatdı və sonrakı onilliklərdə bu üçbucaq münasibətlərin balanssızlıq göstəricisidir.
İndiki Rusiya-Hindistan-Çin üçbucağının ÜDM-i 1: 2: 9 nisbətindədir və Rusiyanın iqtisadi indeksi (2017) təxminən 1,5 trilyon dollardır.
Ancaq Rusiyanın transsərhəd hərbi gücü və prezident Putinin istifadə etdiyi üsullar Moskvaya Avrasiya profil verib (Suriyada və ya Əfqanıstan) və buna görə yalnız ÜDM-ə istinad üç dövlətin strateji aktuallığının yanlış anlaşılmasına səbəb ola bilər.
Hindistan-Rusiya əlaqələri son illərdə qeyri-bərabər və kələ-kötür yollardan keçir. 2008-ci ildən Moskvanın narahatlığı Hindistan-ABŞ yaxınlaşmasıdır. Rəsmi Dehlini isə Rusiyanın Pakistanın təhdidlərinə susqunluğu, Əfqanıstandakı “Taliban”la sövdələşməsi narahatlıq edir.
ABŞ, həmçinin Çin-Rusiya münasibətlərinin dərinləşməsinin katalizatorudur.
 
Mühüm baxış
 
Görünür ki, Soçi Hindistan-Rusiya ikitərəfli münasibətlərinin qənaətbəxş nəzərdən keçirilməsinə və yenidən qurulmasına gətirib çıxarıb.
Hindistanın qısa rəsmi şərhində hər iki liderin “Hindistan və Rusiyanın açıq və ədalətli bir dünya nizamında iştirak etmək üçün oynadığı əhəmiyyətli bir mövqeyə sahib olduğu” qeyd olunur. Hər iki tərəf “Bu baxımdan, qlobal sülhün və sabitliyin qorunması üçün bir-birinin rolunu, ümumi məsuliyyətləri bölüşən böyük səlahiyyətlər kimi tanıyıblar”.
Hindistan baxımından, “çoxqütblü dünya nizamı” anlayışı və “Hind-Sakit okean bölgəsi də daxil olmaqla, bir-biri ilə məsləhətləşmə və koordinasiyanın gücləndirilməsi” barədə saziş çox əhəmiyyətlidir.
Soyuq müharibədən sonra çoxqütblü dünya nizamı Dehli üçün Müqəddəs Qrala çevrilib və bu Vaşinqtona bir siqnaldır. Hind-Sakit okean referansında isə Pekinə aid sətiraltı mətn var. “Əfqanıstan bataqlığı”na dair siyasətlərin uyğunlaşdırılması, əlbəttə, mövcuddur.
Paradoksal olaraq, həm Moskva, həm də Dehlinin Pekinlə bağlı çoxsaylı narahatlıqları var. Coğrafiya müəyyən geosiyasi məhdudiyyətlər qoyur və Çinin bütün qonşuları Pekinin bu əzəli hegemoniya iddiası ilə bağlı öz aralarında, bir növ, “modus-vivendi”yə çatmalıdırlar.
Soyuq müharibə dövrünün geosiyasətindən fərqli olaraq, Tramp administrasiyası qeyri-müəyyənlik və narahatlıq yaradıb. Suriya, İran, Əfqanıstan və Koreya yarımadası daha çox qeyri-sabitlik potensialının indikatorlarıdır.
Avrasiya məkanında Çin və Rusiya bir-birindən ehtiyatlanacaq və ABŞ bundan istifadə edərək uzunmüddətli maraqlarını inkişaf etdirməyə can atır. Hindistanın fərqli statusu olacaq. Buna görə də, Rusiya-Çin-ABŞ üçbucağı üçün Dehli ən ağıllı geosiyasi fiqur ola bilər.
Tərcümə: Strateq.az