​ABŞ rəsmisindən ETİRAF: Babalarım bu ölkədə...

Baxış sayı:
1510

ABŞ Prezidenti Donald Trampın Latın Amerikası və Afrika ölkələrindən gələn miqrantlarla bağlı işlətdiyi ifadə çox uğursuz və faydasız oldu.
Muxalifət.az xəbər verir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının rəhbəri Paul Ryan deyib.
O bildirib ki, əcdadı olan iralandiyalılar da keçmişdə ABŞ-dan ayrıseçkiliyə məruz qalıb.
 “Miqrant axını böyük hekayədir. Doğulduğum Ceynsvildə yaşayan haitililər olduqca möhtəşəm vətəndaşlardır”.
Qeyd edək ki, Ağ Ev rəhbəri Latın Amerikası və Afrika ölkələrindən olan miqrantlar haqqında “Onlar iyrənc ölkələrdən gəlirlər” ifadəsi işlədib.