​ABŞ rəsmisi XİN-ə çağırıldı - GƏRGİNLİK

Baxış sayı:
1000

Haiti hökuməti Prezident Donald Trampın ölkələri haqqında səsləndirdiyi fikirlərə görə ABŞ nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırıb.
Muxalifət.az xəbər verir ki, NBC Nyus telekanalının müxbiri Haitinin ABŞ-dakı səfiri Pol Altidorla bu məsələ ilə bağlı ətraflı danışdığını bildirib. Pol Altidorun sözlərinə görə, Tramp ya səhv məlumatlanıb, ya da pis tərbiyə olunub.
"Mən indi Haitinin ABŞ-dakı səfiri Pol Altidorla danışdım. O, Haiti hökumətinin Trampın bu bəyanatını qətiyyətlə pislədiyini söyləyib. Haiti hökuməti Trampın bəyanatlarının izahı üçün ABŞ nümayəndəsini çağırıb".
Qeyd edək ki, Donald Tramp Haiti, Salvador və Afrika ölkələrindən gələn miqrantlar haqqında xoşagəlməz sözlər deyərək, onlarla kompromis razılaşmanı imzalamaqdan imtina edib.