ABŞ rəsmi tələb etdi: “Qaytarın bizə”

Baxış sayı:
11881

ABŞ mətbuatının iddiasına görə, ABŞ WikiLeaksin qurucusu Julian Assancın qaytarılması üçün İngiltərəyə rəsmi tələb göndərib. Qeyd edək ki, Assanc 2012-ci ildə Londondakı Ekvador Baş Konsulluğuna sığınmışdı. Cənubi Amerika ölkəsi 11 apreldə sığınma haqqını ləğv etdiyi Avstraliyalı jurnalisti İngilis mövqelərinə təslim etmişdi. ABŞ ordusunun İraq və Əfqanıstandakı əməliyyatları haqqında minlərlə gizli sənədi nəşr etdiyi üçün ölüm cəzası alması gündəmdə olan Assanc üçün İsveç Prokurorluğu da təcavüz iddiasıyla 13 mayda yeni bir istintaq başladıb. Assanc səhhətində problemlər olması səbəbiylə 30 maydakı ABŞ-a qaytaılrma prosesinin hazırlıq iclasına qatıla bilməyib. Assancın vəkili Gareth Pierce məhkəməyə müvəkkilinin sağlıq durumunun yaxşı olmadığını, həbsxanada vəziyyətinin ciddi bir şəkildə pisləşdiyini və çətinliklə danışa bildiyini söyləyib. Bölgəməhkəməsinin hakimi Emma Arbuthnot məhkəmə iddiasının 12 iyunda baxılacağını və bütün tərəflər üçün uyğun olduğu təqdirdə Belmarsh Həbsxanasında reallaşdırıla biləcəyini söyləyib. Müxalifət.az