​ABŞ Ər-Riyada milyardlıq haubitsalar göndərir

Baxış sayı:
4483

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 1,31 milyar dollar dəyərində silah satışına izn verib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Müdafiə Nazirliyinin Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyi yayıb. Vaşinqtonun Ər-Riyada 180 ədəd 155 millimetrlik özüyeriyən haubitsalar satacağı vurğulanıb.
Amerikanın satacağı M109A5/A6 haubitsalarının Səudiyyə Ərəbistanı ordusundakı M109A6 Paladin haubitsalarını əvəzləyəcəyi bildirilib.