ABŞ-ın Qüdsdəki səfirliyinin açılacağı TARİX BƏLLİ OLDU

Baxış sayı:
1864

İsrailin baş naziri Binyamin Netanyahu, ABŞ-ın Qüdsdəki səfirliyinin bir neçə həftə ərzində açılacağını deyib.
 
İsrailin baş naziri Binyamin Netanyahu İsrail Xarici İşlər Nazirliyindəki bir mərasimdə etdiyi çıxışında, ABŞ-ın Qüdsdəki səfirliyinin bir neçə həftə ərzində açılacağını, bununla yanaşı, müxtəlif ölkələrə aid bir çox digər səfirliyin də Qüdsə köçəcəyini deyib.
Netanyahu, "Beynəlxalq əlaqələrimiz, xarici işlər nazirliyimiz tərəfindən təmin edilir, onlara minnətdaram. Bununla yanaşı, xaricdəki İsrail diplomatlarının təhlükəsizliklərini təmin etmək  üçün də daim çalışırıq" deyə, bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, ötən il 6 dekabrda verdiyi bəyanatda Təl-Əvivdəki Amerika səfirliyinin Qüdsə daşıması üçün göstəriş verdiyini açıqlamışdı.
Müxalifət.az