​“ABŞ qoşunlarının Yaxın Şərqə daxil olması tarixin ən böyük səhvidir” - ABŞ prezidenti

Baxış sayı:
4135

ABŞ prezidenti Donald Tramp rəhbərlik etdiyi dövlətin tarix boyunca yol verdiyi ən böyük səhvi açıqlayıb.
Muxalifet.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, bu mətbu orqanına müsahibəsində Tramp Amerika qoşunlarının onun sələfi kiçik Corc Buş tərəfindən Yaxın Şərqə yeridilməsini ən böyük səhv adlandırıb.
“Ola bilsin ki, əsgərləri oradan çıxarmaq göstərişi vermiş Obama düzgün hərəkət etməyib, amma məncə, əsgərlərin ora müdaxiləsi ölkəmizin tarixində yol verilmiş ən böyük səhvdir”, - Tramp deyib.
ABŞ Yaxın Şərq kampaniyasına 7 trilyon dollar vəsait sərf edib, hər iki tərəfdən canlı qüvvə itkilərinini sayı isə milyonlarladır. “Milyonlarla həyat”, - prezident vurğulayıb.
“Ölkəmiz üçün Yaxın Şərqə yollanmaq barədə qərarın verildiyi gün pis gün olub, əminəm”, - Tramp əlavə edib.