​ABŞ qorxunc silahlarını daha bir ölkəyə göndərir - Çin TƏŞVİŞDƏ

Baxış sayı:
2680

Tayvan ABŞ-a tank əleyhinə silah və hava hücumundan müdafiə sistemi sifariş verib. Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlama yayıb. Xəbərə görə, “108 M1A2 Abrams” tank raketi, “1240 TOW” və “409 Javelin” tank əleyhinə raketlə 250 Stringer alçaq mövqedən uçuş edə bilən müdafiə kompleksinin sifarişi Vaşinqtona çatdırılıb. ABŞ-ın məktuba cavab verməsi üçün 120 gün vaxtı var. Bundan başqa, ABŞ qaynaqları Tayvanın Pentaqondan 66 ədəd V (Viper) seriyası F-16 döyüş təyyarələri almağı planlaşdırdığını açıqlayıb. Tayvanın yeni silahlarla Çinə qarşı müqavimətini gücləndirməyi planlaşdırdığı bildirilir. ABŞ-ın Tayvana silah satması müstəqillik probleminə görə Çini narahat edir.