ABŞ-ın qorxunc PKK/YPG qərarı: YENİ PLANI DÖVRƏYƏ BURAXILDI

Baxış sayı:
8797

Terror təşkilatı PKK/PYG-yə dövlət yaratmaq sevdasından əl çəkməyən ABŞ, Türkiyənin Afrində təşkil etdiyi hərəkatla planı pozulunca, B planını dövrəyə qoydu. Yeni plana görə, Afrin və Münbiçdən çəkilən PKK/YPG-lilər Fəratın şərqinə yerləşəcək.
 
PKK/YPG-yə dövlət qurmaq sevdası
 
“Böyük İsrail” layihəsi çərçivəsində hazırlanan xaos planına görə, İraq və Suriya müharibələrinin sonunda bölgədə məzhəbi və irqi olaraq kiçik dövlətlər yaradılması planlaşdırılıb.
Bu planların mərkəzində isə Türkiyədə stabilliyi pozma məsələsində ABŞ üçün "açar" vəzifəni görən PKK oldu. Xüsusilə Suriya müharibəsi boyu regionda üstünlük qazanan PKK, ABŞ tərəfindən silahlandırılaraq bölgədəki "ən təsirli" silahlı qüvvələrdən biri halına gətirildi.
 
Türkiyə əməliyyatlarla geri addım atdırdı
 
Bu günə qədər verdiyi dəstəyə legitimlik qazandırmaq və terror təşkilatına bölgədə bir dövlət qurmaq istəyən ABŞ, Türkiyənin başlatdığı “Fərat Qalxanı” və “Zeytun Budağı” hərəkatları qarşısında geri addım atmaq məcburiyyətində qaldı. Türk Silahlı Qüvvələrinin xüsusilə Afrində təsis etməyə çalışdığı təşkilata zərbə vurulmasından sonra "çıxış yolu" axtaran ABŞ, çarəni bütün PKK-lıları Fəratın şərqinə çəkməkdə tapdı.
 
PKK/YPG Fəratın şərqinə çəkiləcək
 
“Vaşinqton Post” (WP) qəzeti, ötən həftə keçirilən Türkiyə-ABŞ texniki komitəsinin Suriya mövzusunda görüşündən sonra ABŞ-ın PKK ünsürlərini Münbiçdən çəkməyə qərar verdiyini bildirib.
Qəzet dərc etdiyi xəbərdə, ABŞ-ın Fəratın qərbində yerləşən Afrin və Münbiçdəki terror amillərinin Fəratın şərqinə çəkilməsini qəbul edib. Yeni plana görə, Ayn-əl Ərəb, Raqqa, Tel Abyad, Hasəkə, Resulayn, Qamışlı kimi bölgələri də içinə alan bir PKK dövləti qurulacaq və tanınmasını istəyəcək.
 
PKK/YPG-dən Afrinə canlı qalxan daşıması
 
ABŞ-ın bu yeni həmləsinə baxmayaraq, terror təşkilatı PKK Afrinə əlavə güc transfer etməyə davam edir. Raqqa və Kamşılı kimi bölgələrdəki 6 min terrorçunu Afrinə göndərmə qərarı alan terror təşkilatı, bir tərəfdən də “Zeytun Budağı” Hərəkatı üzərində “duyğu” əməliyyatı aparmaq adına mülki əhalini bölgəyə çəkməyə başladı. ABŞ, Rusiya və digər imperialist ölkələrdən gözlədiyi dəstəyi ala bilməyən terror təşkilatı PKK, İraq və Suriyada işğal altında saxladığı ərazilərdə əsir aldığı yüzlərlə mülki əhalini canlı qalxan olaraq istifadə etmək üçün Afrinə göndərmə qərarı aldı.
Suriyanın Münbiç, Raqqa, Ayn-əl Ərəb (Kobani), Hasəkə, Qamışlı, İraqın Süleymaniyyə və Haləpçə kimi regionlarından Afrinə aparılan mülki əhalini canlı qalxan olaraq istifadə edəcəklər. Canlı qalxan hərəkatı üçün "könüllülük" görüntüsü yaradan təşkilat mediası isə indidən mülki əhalinin ölümü ilə bağlı zəmin hazırlamağa başlayıb.
 
Afrindən çıxmaq istəyən vətəndaşları dayandırdılar
 
Terrorçular, canlı qalxan olmaq istəməyən və bölgədən ayrılmağa çalışan xalqı atəş açaraq dayandırdı. Alınan məlumatlara görə, terror təşkilatının onları canlı qalxan kimi istifadə etməsinə razı olmayan mülki əhali, rayon mərkəzindən cənuba doğru getmək istəyir. Xalqı əngəlləməyə çalışan və nəzarəti itirən terrorçular atəş açır. Xalq bir anda maşınların arasından geriyə qaçmağa başlayır. Ancaq Afrindən çıxmaq üçün terrorçulara dirəniş göstərən insanlar yenidən toplanır.
Müxalifət.az