​ABŞ qırıcısı səmada alışdı: PİLOT ÇƏNLƏRİ DƏNİZƏ ATDI

Baxış sayı:
3310

Yaponiyada Misava aviabazasından Aomori prefekturasına uçan ABŞ-a məxsus F-16 qırıcısının havada ikən mühərriki alışıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə naziri İtsunori Onodera danışıb.
Mühərrikin alışdığını hiss edən pilot təyyarənin 2 yanacaq çənini Ohavara gölünə atıb və bundan sonra hərbi bazaya qayıdıb.
Qeyd edək ki, təyyarədən atılan yanacaq çənlərinin göldəki balıqçıların 400 metrliyinə düşdüyü bildirilib.