​ABŞ qırıcıları rus təyyarəsini atəşə tutdu

Baxış sayı:
3186

ABŞ Hərbi Hava Qüvvələri Suriyada Rusiyanın Su-25 qırıcılarına atəş açıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “İndependent” qəzeti yayıb.
ABŞ-ın F-22 qırıcıları Rusiya təyyarələrinə əvvəlcədən razılaşdırılmış uçuş sərhədini pozduqlarına görə xəbərdarlıq atəşi açıb. Bundan sonra rus təyyarələri ərazini tərk ediblər.
Pentaqonun yaydığı məlumatda isə Suriyada əməliyyatların birində ABŞ və Rusiya qırıcılarının bir-birilərinə təhlükəli dərəcədə yaxınlaşdığı vurğulanıb.
Qeyd olunub ki, anlaşılmazlıq qısa zamanda yoluna qoyulub.