​ABŞ-a qarşı siyahı hazırlayırıq – Rusiya

Baxış sayı:
1795

Rusiya ABŞ-ın sanksiyalarına cavab vermək üçün siyahı hazırlayır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz bunun üzərində daim çalışırıq. Mümkün variantların yer aldığı bir siyahı var və hazırda həmin siyahı üzərində araşdırma aparırıq”, - Zaxarova bildirib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın 38 biznesmeni, rəsmi şəxsi və şirkətinə qarşı sanksiyalar tətbiq edib.