ABŞ-a qarşı silahlı hücum və xalq üsyanı xəbərdarlğı

Baxış sayı:
4768

ABŞ prezidenti Donald Tramp bazar günü Amerikanın CBS televiziyası ilə müsahibəsi zamanı ABŞ-ın İraqdakı “Aynül Əsəd” bazasına çox pul sərf etdiyini bildirərək “İraqdakı bazanı saxlamağımızın bir səbəbi də İranı buradan izləməkdir. İran həqiqətən də böyük bir promlemdir" demişdi. Trampin ifadələri Vaşinqton rəhbərliyinin 2011-ci ilin sonunda geri çəkildiyi İraqda hərbi varlığını artırmaq istədikləri iddialarını gücləndirib.
 
ABŞ prezidentinin sözləri xüsusilə İrana yaxın olan şiə qruplarını hiddətləndirib.
Trampın sözlərinin böyük təpkiyə səbəb olduğu İraqda, İran tərəfdarı Haşdi Şabi milis qruplarının yaxın perspektivdə Amerikan əsgərləri ilə silahlı qarşıdurmaya girə biləcəyi narahatlığı hakimdir.
 İraqın təhlükəsizlik ekspertləri ölkədə ABŞ-ın mövcudluğuna qarşı xalq üsyanı və silahlı qarşıdurma barədə xəbərdarlıq edib.
Anadolu Agentliyinə açıqlama verən təhlükəsizlik və terror mütəxəssisi Emir es-Saadi, "İraqın baş naziri Adil Abdulmehdinin ABŞ qüvvələrinin ölkədən çıxarılması üçün qanun çıxarmasına ehtiyac yoxdur. İki ölkə arasında uzun müddətli təhlükəsizlik razılaşması var. ABŞ-ın buradakı hərbi varlığı da buna söykənir. Abdulmehdi ABŞ rəhbərliyiylə bağlanan bu müqaviləni ləğv edə bilər" deyib.
 ABŞ-ın Orta Şərqdə strateji maraqlarının olduğuna diqqəti çəkən Saadi, İraqdakı siyasi qrupların Abdulmehdiyə söz mövzusu razılaşmanın ləğvi üçün təzyiq etməsi və dəstək çıxmasının lazım olduğunu bildirib.
 Trampın Enbardakı “Aynü'l Əsəd” hərbi bazasını ziyarət etməklə bu müqaviləni pozduğunu deyən Saadi, "ABŞ anlaşmaya riayət etməzsə, şiə silahlı qruplar və xalq ABŞ-a qarşı üsyana qalxa bilərlər. Silahlı qiyamın yanında xalq kütlələri, küçə nümayişləri edərək Yaşıl bölgəyə hücum edə bilər. ABŞ-a İraqdakı silahlı müqavimətin yenidən ortaya çıxması onlara 2011-ci ilədək vəziyyəti yaşada bilər" deyib.
 
"ABŞ HƏRBÇİLƏRİ YA ÇIXACAQ, YA DA ÇIXACAQ"
 
Şiə lider Müqtəda əs-Sədrə bağlı şairu Koalisiyasıdan millət vəkili və məclisdəki İslahat və Yenidənqurma Koalisiyası Məclis Qrupunun başçısı Sabah Saadi, İraqın suveren bir ölkə olduğunu və heç kimsənin İraqa məcbur nəsə etdirə bilməyəcəyini deyib.
"ABŞ qoşunları ölkəni tərk edəcək bir qanunla ölkəni tərk edəcəklər. (ABŞ əsgəri) İraqdan ya çıxacaq, ya da çıxacaq" deyə söyləyib.
Müxalifət.az