ABŞ-a qarşı müstəqillik mübarizəsi

Baxış sayı:
6271

Venesuelanın xarici işlər naziri Jorge Arreaza Amerikaya qarşı müstəqillik mübarizəsi verdiklərini söyləyib.
 
Çıxışında "Yeni dünya geosiyasi xəritəsində Türkiyənin ağırlığı məlumdur və qarşıdakı dövrdə Türkiyə dünya siyasətində yerini almış vəziyyətdədir" deyən Arreaza, "1823-ci ildə ortaya çıxan Monro Doktrinasına görə, ABŞ bütün Amerika qitəsinin hakimi olmaq istəyindədir, bu gün hələ də bu doktrinanın rəfə qalxmadığını görürük. Bu gün Venesuelada aparılan mübarizə 1823-də xalqlarımızın verdiyi müstəqillik mübarizəsi ilə eynidir. ABŞ-ın bütün Cənubi Amerikanı öz torpaqları kimi görməsinə qarşı müstəqillik mübarizəsi veririk" deyib.
 
Türkiyəyə təşəkkür
 
 "Trampın vəzifəyə gəlməsi ilə Monro Doktrinasını həyata keçirdiklərini etiraf ediblər" deyən Arreaza, "Region ölkələri dünya ilə əlaqə qurmaq istədikdə ABŞ-dan veto yeyirlər" deyə söyləyib.
Vaşinqtonun hökumətimizi yıxmaq naminə tətbiq edilməli nə qədər metod varsa, hamısının həyata keçirdiyini bildirən Arreaza, "Hazırda da iqtisadiyyatımıza embarqo tətbiq edərək bizləri çəkindirmək istəyirlər. Silahlı Qüvvələr içərisində bəzi əsgərlərə pul verərək özlərinə çəkmək istədilər. Müxalifət ilə açılan dialoq prosesi ABŞ-ın cəhdləri ilə baltalandı" deyə bildirib. Arreaza bu prosesdə onlara tam dəstək verən Türkiyəyə təşəkkür etdiklərini də ifadə edib.
Müxalifət.az