​ABŞ Putinin ətrafını nədən məhrum edəcək? – ŞOK PROQNOZ

Baxış sayı:
4678

ABŞ-ın Rusiya oliqarxları və Rusiya prezidenti Vladimir Putinin yaxınlarına qarşı sanksiyaları onların bütün dünyada səfərlərini məhdudlaşdıra və dünya bank sistemindən istifadə imkanlarından məhrum olunmasına səbəb ola bilər.
Bu haqda Rusiya maliyyəçisi və blogeri Slava Rabinoviç Ukraynanın “Apostrof” nəşrinə açıqlamasında bildirib.
O hesab edir ki, sanksiyalar Kremlin əsas təbliğatçılarına qarşı tətbiq edilməlidir.
 “Bunlar Vladimir Solovyev, Dmitri Kiselyov və Konstantin Ernst kimi şəxslərdir. Onların hamısını sanksiyalara məruz qoymaq lazımdır. Təəssüf ki, onlar indiyə kimi bundan qaçıblar”, – Rabinoviç qeyd edib.
Daha əvvəl KİV-in yazdığına görə, Ağ Ev Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafında yer alan bir neçə Rusiya oliqarxına qarşı yeni sanksiyaları tətbiq etməyə hazırlaşır./publika/