​ABŞ prezidentinin nüvə çamadanı - Foto

Baxış sayı:
2215

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın keçmiş fotoqrafı Pit Souza öz İnstaqram səhifəsində nüvə çantasının şəklini paylaşıb.
Muxalifet.az xəbər verir ki, Souza bu fotonu ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Ina “mənim nüvə düyməm daha güclüdür” ifadəsindən sonra paylaşıb. Souzanın yayımladığı fotoda əks olunan düymənin üzərində “ağır qərarları vermək çətindir” ifadəsi yer alıb.
Qeyd edək ki, bundan öncə Kim Çen İn ABŞ-ı təhdid edərək, nüvə düyməsini hər zaman basmaq gücündə olduğunu bildirmişdi. Tramp isə cavabında ABŞ-ın nüvə düyməsinin hamısından güclü olduğunu söyləmişdi.