ABŞ planını yeniləyib! TÜRKİYƏ SƏRHƏDİNDƏ BÖYÜK TƏHLÜKƏ - ANALİZ

Baxış sayı:
4090

Haber7 / Taha Dağlı

Türkiyə terror təşkilatlarına zərbə vurduqca, ABŞ terror planlarını təzələyir. Suriya və İraqın şimalında yeni bir layihə üzərində işləyirlər. Çirkli planın mərkəzinə Səudiyyə Ərəbistanını oturdublar, bir tərəfində PKK terrorçuları, digər tərəfində isə İranın dəstəklədiyi Haşdi Şabi döyüşçüləri var.
 2011-ci ildən bu yana Ərəb Baharı adı verilən prosesdə çox maraqlı ittifaqlara şahidi olduq. Heç vaxt “bir araya gəlməz” deyilənlər əməkdaşlıq edib.
Suriya və İraqda elə bir sistem qurulub ki, kimin əli kimin cibindədir, məlum deyil.
Bu xaos şəraitində Türkiyə hədəflərinə bir bir çatır.
ABŞ-ın hələ də təsdiqlənməyən xarici işlər naziri Mayk Pompeo açıq söyləyib və "Türkiyə Suriyada bir-birə sümük kimi ilişib qalıb" - deyib.
Türkiyə terror və xaosdan qidalanan ABŞ-ın planlarını bir-bir pozmağa çalışdıqca, ABŞ da planlarını təzələyir.
Son olaraq Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton, Misir kəşfiyyatı ilə görüşüb. Suriyanın şimalında Ərəb qoşunu yerləşdirmə fikri müzakirə olunub.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Səid İbni Cübeyr, Suriyanın şimalına əsgər göndərməyə hazır olduqlarını deyib.
Dərhal arxasından İraq-Suriya sərhədində Semalka keçid məntəqəsindən keçən Səudiyyə Ərəbistanına aid olduğu söylənən mülki görünüşlü bir avtomobil karvanı gətirilib.
Avtomobil karvanında tibbi maşınlar və konteynerlər nəzərə çarpıb. Ancaq içərisində nə var məlum deyil. Ayrıca tünd şüşəli içərisində kimlərin olduğu məlum olmayan avtobuslar görülüb.
Səudiyyə Ərəbistanının maliyyəsi ilə QHT olduğu iddia edilən avtomobil karvanı, İraqın şimalından Suriyanın şimalına gedib.
Karvanın son dayanacağı isə PKK-nın işğalında olan Qamışlı şəhəri olub.
Görəsən, Səudiyyə Ərəbistanının "göndərməyə hazırıq" dediyi əsgərlər də PKK işğalındakı bölgələrəmi sövq ediləcək? Belə olarsa, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin əsgərlərindən ibarət olan Ərəb Ordusu PKK-ya yardıma gedəcək?
Yaxud PKK-nı oradan çıxarıb, yerlərinə Ərəb əsgərlərmi yerləşəcək?
Yoxsa ABŞ əsgərləri tamamilə çəkilib, yerlərini Ərəb Ordusunamı təhvil verəcək?
Planın bu hissəsində baş sındıran suallar var.
Bir başqa dəyişiklik də İran-Səudiyyə Ərəbistan cəbhəsində baş verib.
İraqdakı Şiə döyüşçülərin yaratdığı Kassad adlı qrup, Ər-Riyadda bir toplantıda iştirak etmişdir.
Yəni Səudiyyə Ərəbistanı ilə İraqdakı Şiə silahlı qruplar arasında bir təmas qurulduğu iddiası var.
Səudiyyə Ərəbistanı, İranla qarşıdurma vəziyyətindədir.
İranın yaratdığı Şiə Haşdi Şabi döyüşçülərinin bir qolu Tehranda, digər qolu Bağdaddadır.
Səudiyyə İran nəzarətli silahlı qüvvələrlə deyil, İran hakimiyyətinə məsafəli davranan İraqlı Ərəb Şiə döyüşçülərlə əlaqə qurduğu deyilir.
Bağdadda güclü əhaliyə və silahlı gücə malik Şiə lideri Mukteda Sədrin da bir müddət öncə Səudiyyə Ərəbistanı ziyarətində olduğunu bilirik.
Yəni, Səudiyyə Ərəbistanı, İraq və Suriyada güc olmaq istəyir. Bunu edərkən İrana qarşı əməllərini artırmaq niyyətindədir.
Əlbəttə bu layihə Səudiyyə Ərəbistanının özünə aid bir plan deyil. ABŞ mənşəili bir layihədir.
ABŞ Səudiyyə Ərəbistanını tam nəzarəti altına almağa çalışır. Səudiyyə Ərəbistanı, ABŞ-ın Yaxın Şərq tənliyinin mühüm bir hissəsidir.
Bu tənlikdə Səudiyyə Ərəbistanının çəkilməsi ABŞ-ın siyasətinə ağır zərbə vurur. Çünki İran təhdidi ilə Səudiyyə Ərəbistanına milyardlarla dollarlıq silahlar satılır, yenə eyni təhdidlə Səudiyyə Ərəbistanı İsrailə yaxınlaşdırılır. Səudiyyə Ərəbistanı, ABŞ üçün “pul” deməkdir. Türkiyənin sümük kimi ilişib qaldığı Yaxın Şərqdəki o qanlı təkər, o pullarla qaytarılır.

Tərcümə etdi: Müxalifət.az