ABŞ-ın planı boşa çıxacaq: ƏMƏLİYYAT HƏR AN BAŞLAYA BİLƏR

Baxış sayı:
4147

Suriya Türkmən Məclisinin sədri Məhəmməd Vəch Cümə, PKK/PYD/YPG terrorunun Afrində nümayiş etdirdiyi "xəndək oyunu”nu Münbiçdə də təkrar etdiyinə işarə edib. Cümə, "Amerika, terrorçuların xəndəkləri ilə Türkiyənin başını qatmağa çalışır. PKK, Münbiçdə ABŞ bayrağının arxasında gizlənir. ABŞ orada olmasa, silah dəstəyi olmasa, siyasi dəstək olmasa, oranın xalqı bu terrorçuları orada bir saat buraxmaz və təmizləyər. Türkiyə, silahsız insanlara ən kiçik zərər vermədən, siyasi həll olsun deyə bu qədər səbr edir. Buna görə diplomatik yolu istifadə edir. Rayonda bir əməliyyat olsa, Münbiç xalqı, mütləq ASO ilə Türk əsgərinin cərgəsində yer alacaq" deyib.
 
AFRİNDƏKİNİN TƏKRARI
 
ABŞ-ın baş qatma ilə məşğul olduğunu dəyərləndirən Vəch Cümə, Vaşinqtonun Ankaranın başını qatmağa çalışdığını bildirərək, PKK-nın regionu tərk etməsi məsələsində ABŞ ilə Türkiyə arasında imzalanan anlaşmanı xatırladıb. Münbiçdə doğulan Cümə, bu məlumatları verib: "Amerikalılar altında imzaları olan müqaviləni yerinə yetirmir. Etmələri lazım olan şeylər vardı, onların heç biri yerinə yetirilmədi və tam əksinə, terrorçular tərəfindən Münbiçdə xəndəklər qazılır. Terror təşkilatının Münbiçdən çıxaracağına dair söz verilsə də PKK-nın şəhər ətrafına Afrində oldugu kimi, 30 kilometr uzunluğunda xəndək qazılması, Afrində istifadə etdiyi metodun eynisinə Münbiçdə də müraciət etdiyini göstərir".
 
QƏNDİL HEYƏTİ İDARƏ EDİR
 
"Münbiç xalqı üçün heç bir şey dəyişmədi. Münbiçlilər zülm altındadırlar. Qəndildən gələn 25 yaşlı terrorçular Münbiçi idarə edir. Orada ədalət yox, zülm var, demokratiya yoxdur, təzyiq var. Xalq təzyiq altında yaşayır. Münbiçlilərin bu zülmdən cana doyduqları üçün öz aralarında mütəşəkkil olmağa başladığını öyrəndik. Toplu şəkildə hərəkət edirlər. İrəliləyən günlərdə ictimai fəallığın artacağını düşünürəm".
 
XƏNDƏK İŞƏ YARAMAYACAQ
 
"Təşkilatın qazdığı xəndəklər heç bir işə yaramayacaq. Əməliyyat başlayanda terrorçular qaçacaq. Xəndəklər qazıb, hazırlıq görürlər, amma əsl ABŞ bayrağının arxasında gizlənirlər. Amerikalılar orada olmasa, silah dəstəyi olmasa, siyasi dəstək olmasa, oranın xalqı bu terrorçuları orada bir saat buraxmaz və təmizləyər. Terrorçular orada hər şeyə hakimdir və bu gücü də Amerikanın silahından, təyyarəsindən alır.”
Müxalifət.az