ABŞ PKK/PYD TERRORÇULARINA 200 TIR DOLU SİLAH VERDİ!

Baxış sayı:
4813

ABŞ PKK/PYD terrorçularına dəstəyini davam etdirir. Ankara-Vaşinqton danışıqlarında, Suriyadakı layihə terror təşkilatı PKK/PYD-nin başda Münbiç olmaqla, işğal etdiyi ərazilərdən çəkiləcəyinə dair söz verən ABŞ rəhbərliyi, bu sözün əksinə, terrorçulara yeni silahlar göndərib.
 
Zirehli maşınlar, ağır silahlar və sursatlarla yüklənmiş 200 TIR dolu konvoy, dünən terrorçulara təhvil verilib.
 
SƏRHƏD MƏNTƏQƏSİNDƏN KEÇİD EDİB
 
İraq Kürd Regional Rəhbərliyi (IKBY) ərazilərindən hərəkət edən silah yüklü 200 TIR, yenə IKBY-nin nəzarətindəki Semelka Sərhəd Məntəqəsindən Suriyaya keçid edib.

Müxalifət.az