ABŞ PKK ORDUSU QURUR – Türkiyəyə hücum etmək üçün Suriyada ələ keçirdiyi ərazilərdə baza və düşərgələr yaradıb, 1285 tır silah göndərib

Əvvəl İraqın, sonra Suriyanın işğalı Türkiyəyə qarşı PKK terrorçularını silahlandırıb təlim vermək üçün dəhliz açmaq məqsədi güdürmüş
Türkiyənin “müttəfiqi” olan  ABŞ, İŞİD terrorçuları ilə mübarizə bəhanəsi və PKK-YPG terrorçularının dəstəyi ilə Suriyadakı bazalarının sayını 12-yə çatdırıb. Hurriyyet.org xəbər verir ki, bazalarla yanaşı, ABŞ hərbi düşərgələrin də sayını artırır. Suriyaya daşınan silah və hərbi texnika əvvəlcə bu bazalarda toplanır. ABŞ-ın dəstəklədiyi YPG və onlarla birlikdə fəaliyyət göstərən PKK terrorçularına mükəmməl təlim verilir. Təlimləri başa çatdıqdan sonra, onlar lazımi silah və sursatla təmin edilirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurettin Canikli, ABŞ-ın 1285 tır silah-sursatı İraqdan Suriya torpaqlarına keçirdiklərini, “YPG”-yə veririk adı altında bunların bir qisminin PKK-ya getdirini bildiriblər. Türkiyə torpaqlarında PKK-ya qarşı keçirilən əməliyyatlarda da YPG-yə verildiyi iddia edilən ABŞ silah və sursatları ələ keçirilmişdi. Türkiyə rəsmiləri bu məsələni ABŞ nümayəndələri ilə keçirilən görüşlərdə faktlar və sənədlərlə isbat etmişdilər.

Yeni bazalar açılır

ABŞ-ın Suriyadakı təsirini artırmaq məqsədi ilə hərbi baza sayının artırıldığı bildirilib. ABŞ-ın 7-si Haseke bölgəsində olmaq üzrə Malikiye, Kamışlı, Eynəl Ərəb (Kobani), Tel Abyed, Menbiç, Cəzirə, Tişrin anbarı bölgəsində, Tabkada bazaları var. Bundan başqa, Tabka aeroportunda ABŞ və Fransanın da bazaları yerləşir.
ABŞ-ın xaos içərisində olan Suriya ərazilərində qurduğu bazalarda NATO ölkələrindən gələn mütəxəssislər, YPG və onlarla birlikdə hərəkət edən PKK üzvlərinə xüsusi hərbi təlim verilir. Türkcə Danışan Ölkələrin Jurnalistlər Birliyi başçısı Güngör Yavuzaslan əldə elədikləri fotoşəkillər vasitəsi ilə avropalı hərbi mütəxəssislərin PKK terrorçularına silah və partlayış törətmək təlimi keçdiyini ortaya çıxarıb.

Kürd ordusu hazırlığı

Yavuzaslan çıxışında deyib: “ABŞ, son aylarda İraqın Ərbil bölgəsinə hərbi sursat tədarükünü artırıb. Gələn TIR-lar, başqa Haseke olmaqla, ABŞ-ın nəzarətində olan bazalara gedirlər. Burada yeni silahların PKK terrorçularına paylanması və müvafiq təlimlər keçirilir. Bazalarda bir çox NATO ölkələrindən hərbçilər da var”.
Suriyada ABŞ-PKK nəzarətində olan, başqa Haseke bölgəsi olmaqla separatçı “Suriya Kürdistanı” üçün qurulması nəzərdə tutulan “kürd ordusu”nun ABŞ-ın yardımları və bəzi Qərb ölkələrindən olan mütəxəssislərin təlimi ilə yaradılmağa başladığını deyən Yavuzaslan söyləyib: “Kürd ordusu, ABŞ yardım tırları və zabitlərinin təlimi ilə qurulur. ABŞ Suriyada qurduğu bazalarda həm tırlarla gətirilən silahları paylayır, həm də PKK üzvlərinə hərbi təlim verir. PKK üzvləri artıq hərbi intizamla fəaliyyət göstəririlər”.
Beləliklə, Qərbin Böyük Yaxın Şərq Layihəsinin növbəri hədəfi Türkiyədir. 11 senytabr – “Əl-Qaidə” bəhanəsi ilə İraqın və ABŞ-ın yaratdığı İŞİD bəhanəsi ilə Suriyanın işğalı bu planların ilk pillələri idilər. Növbəri hədəf Türkiyədir.
ABŞ NATO-dakı müttəfiqi Türkiyəyə qarşı elan edilməmiş müharibəni, Öcalan, Demirtaş kimi ermənilərin rəhbərliyi altında döyüşən PKK terrorçuları vasitəsi ilə aparır.