ABŞ PKK-nı Öcalanın “vəliəhdi” ilə idarə edəcək

Baxış sayı:
5800

2017-nin noyabrında Türkiyəyə sığınan PKK/SDG-nin keçmiş sözçüsü polkovnik Talal Silo, ABŞ-ın terror strategiyasına dair mühüm məlumatlar verib.
 
Silo Öcalanın ABŞ rəsmilərinə "Şahin Cilo mənim varisimdir. Suriyada daimi olmaq istəyirsinizsə, onu qorumalısınız" mesajı göndərdiyini deyib. ABŞ-ın terroçubaşı Qarayılan, Qalxan və Bayıkın başına mükafat qoymasını buna bağlayan Silo, "PKK-nın bundan sonrakı mərkəzi Suriya olacaq və keçmiş qurumlar ABŞ tərəfindən ləğv ediləcək" - deyib.
Silo Fəratın şərqinə hərəkat hazırlığındakı Türkiyə Silahlı Qüvvələrinin (TSQ) PKK-nın ən böyük kabusu olduğunu deyib. Ehtimal olunan hərəkatla PKK-nın bölgədə tutuna bilməyəcəyini anladığını qeyd edən Silo, "Tək güvəndikləri nöqtə ABŞ-ın siyasi və diplomatik gücünü istifadə edərək bu hərəkatı mane olmasıdır" - deyib.
 
KÖHNƏ QURUMLAR LƏĞV EDİLƏCƏK
 
PKK-nın terrorçubaşları Murad Qarayılan, Duran Qalxan və Cəmil Bayık-ın başına 12 milyon dollar mükafat qoyan ABŞ-ın həqiqi niyyətini müəyyən etdiyini söyləyən Talal Silo, təşkilat içində Şahin Cilo kod adlı Fərhad Abdi Şahini ön plana çıxardığını qeyd edib. Abdullah Öcalanın vəkilləri vasitəsi ilə Suriyadakı ABŞ rəsmilərinə “Şahin Çilo mənim varisimdir” mesajını göndərdiyini bildirən Silo, PKK-nın bundan sonrakı mərkəzinin Suriya olacağını və keçmiş təşkilatların ABŞ tərəfindən ləğv ediləcəyini deyib.
 
AMERİKA 50 MİN TERRORÇUYA TƏLİM VERDİ
 
ABŞ-ın PKK işğalındakı ərazilərdə 50 min döyüşçüyə təlim verdiyini bildirən Silo, bunları söyləyib: "Ancaq bu toplama ordu sadə bir müdaxilə ilə dağılacaq. SDG yalnız bir örtükdür və ABŞ-ın təlim verərək sistemə daxil etdiyi insanlardan 35 mini Ərəbdir. Bu adamlar Türkiyənin müdaxiləsinə qarşı dura bilməz. Çünki Ərəblər istifadə edildiklərini bilir. ABŞ-a və PKK-ya  güvənmirlər. Eyni şəkildə, ABŞ və PKK da onlara inanmır. Türklərə qarşı döyüşəcəklərin sayı 10-12 min arasındadır".
Türk Silahlı Qüvvələrinin (TSQ) İraqın Sincar və Suriyanın şimal-şərqindəki Karaçok dağı bölgələrinə təşkil etdiyi hava hərəkatının şok təsiri bağışladığını qeyd edən Talal Silo, Təşkilatda hər kəs hər şeyin sonunun gəldiyindən, Türkiyənin hərəkata başladığından və Suriya Kürdüstanı röyasının başa çatdığından danışmağa başladığını deyib. Hətta yeni bir hava əməliyyatı qorxusu ilə bütün qərargahların boşaldıldığını deyən Silo, bombardmandan sonrakı 10 gün səhrada hazırlanan gizli nöqtələrdə yatdıqlarını bildirib. O bombardmanda Karaçokda 75 terrorçunun öldüyünü bildirən Silo, bunları deyib: "Ölənlərin çoxu əsas şəxslərdir. PKK-nın sözdə qadın qurumu olan YPJ-nin Suriya üzrə rəhbəri Nalin də o hücumda öldü. Təşkilata məxsus milyonlarla dollar da eyni bombardmanda yandı. O əməliyyat hər cəhətdən təşkilata böyük zərbə vurdu".
 
 SİLAH VƏ PULU O ALIR
 
PKK lideri Abdullah Öcalanın mənəvi oğlu kimi tanınan Şahin Cilo kod adlı terrorçu Fərhad Abdi Şahin Suriya vətəndaş müharibəsinin başlaması ilə Bahoz Ərdal ilə birlikdə təşkilatın Suriya qolunu idarə etməsi üçün tapşırıq verilib. 2015-dəki ABŞ müdaxiləsi ilə birlikdə Suriya PKK-sının pərdəarxası başçısı olan terrorçu Şahin, ABŞ-ın müstəmləkə valisi Brett Makgurk və hərbi rəsmilərin bir nömrəli tərəf müqabili mövqeyinə gəldi. Fərhad Abdi Şahin ABŞ-ın PKK-ya göndərdiyi silah, sursat, pul və digər yardımları birbaşa təhvil alan insan kimi önə çıxdı. Türkiyənin qırmızı siyahıda axtardığı Şahin 2017-nin aprelində ABŞ Xüsusi Təyinatlı zabitləri ilə Suriyanın Karaçok dağında görüntülənmişdi. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) terrorçu Şahini "General Məzlum" olaraq adlandırmışdı.
Müxalifət.az