ABŞ-ın pilotsuz uçuş aparatı Rusiya sərhədində kəşfiyyat apardı

Baxış sayı:
1315

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RQ-4B Global Hawk”strateji pilotsuz təyyarəsi Rusiya sərhədləri yaxınlığında 11 saat ərzində uçuş həyata keçirib.

Bu barədə “PlaneRadar” aviasiya resursu məlumat yayıb.

Təyyarənin İtaliyadakı “Sigonella” aviabazasından havaya qalxdığı bildirilir. Bakı vaxtı ilə saat 9:27 pilotsuz cihaz Ukrayna, bir saat sonra isə Polşanın hava məkanında uçuş həyata keçirib.

Daha sonra isə bir neçə saat ərzində Amerika təyyarəsi Litva ərazisində olaraq Kalininqrad yaxınlığında kəşfiyyat aparıb.