ABŞ-ın pilotsuz uçağını raketlə vurdular: İranı ittiham edirlər

Baxış sayı:
5302

ABŞ Mərkəz Qüvvələr Komandanlığı (CENTCOM) MQ-9 Reaper tipli insansız hava uçağının (İHA) 6 iyunda Yəmən üzərində Husilər tərəfindən vurularaq salındığını, digər bir MQ-9-a isə 13 iyunda Oman Körfəzində atəş açıldığını bəyan edib. ABŞ ikinci hücumun şərqdən İranın etdiyini iddia edib.
 
CENTCOM-un sözçüsü podpolkovnik Earl Brown etdiyi yazılı açıqlamada, "Bir ABŞ MQ-9-u 6 iyunda Yəmən üzərində Husilərə aid olduğu qiymətləndirilən bir SA-6 tipli qurudan havaya atılan raketlə vurularaq salındı"deyə qeyd edib.
Hücumu İranın dəstəklədiyini ifadə edən Brown, "Raketin mənzili və dəqiqliyi Husilərin qabiliyyətlərini inkişaf etdirdiyini göstərir" deyib.
 
İKİNCİ HÜCUM İRANDAN
 
Brown bir ABŞ MQ-9 İHA-sına isə 13 iyunda Oman Körfəzindəki tanker gəmilərinə təşkil edilən mina hücumundan sonra atəş açıldığını ifadə edib. 
Brown "Qənaətimizə görə, İran İnqilab Mühafizəçilərinin “Kokuka Courageous” tankerinə təşkil etdiyi hücuma yönəlik müşahidələrə maneə törətmək üçün bir İran SA-7 qurudan havaya raketi Oman Körfəzi üzərindəki bir ABŞ MQ-9 İHA-sını salmağa çalışdı" deyə bildirib.
ABŞ İHA-sının tankerləri müşahidə etdiyi zaman atılan raketlərin İHA-nı vura bilmədiyini qeyd edən Brown, raketin İHA-ya ancaq 1 kilometrə qədər yaxınlaşa bildiyini ifadə edib.
Müxalifət.az