“ABŞ ölkəmizdə hərbi çevriliş edərsə, məmnun olarıq” - Guaido

Baxış sayı:
4834

Venesuelada özünü prezident elan edən Milli Məclisin sədri Juan Guaido, uğursuz çevrilişdən sonra Vaşinqtonun hərbi çevrilişə qərar verdiyi təqdirdə buna dəstək verəcəklərini söyləyib.
 
“Vaşinqton Post” qəzetinə keçən həftə uğursuz bir çevrilişdən sonra açıqlama verən 35 yaşındakı Juan Guaido, "Bəlkə daha çox hərbçiyə ehtiyacımız var, bəlkə də Maduronu devirmək istəyən daha çox hökumət səlahiyyətlilərinə ehtiyacımız var" deyib.
Müxalifətin gələcək planları haqqında danışan Guaido, ABŞ-ın hərbi çevriliş qərarı olduğu təqdirdə dəstək verəcəklərini söyləyib. Vaşinqtonun hərbi əlini müxaliflərə uzatdığı təqdirdə, Guaido Milli Məclisdə müxaliflərin dəstəyi ilə bu variantı təsdiq etdirəcəyinə söz verib.
Qeyd edək ki, Guaido və onun tərəfdarları ABŞ-ın dəstəklədiyi çevrilişdə uğursuz oldular. Çevrilişi uğursuz  edən ən mühüm amil Venesuelanın silahlı qüvvələri tərəfindən Maduroya sadiqlik idi.
Müxalifət.az