ABŞ Öcalanı Türkiyəyə niyə TƏHVİL VERDİ? – BAŞBUĞ AÇIQLADI

Baxış sayı:
10147

Türkiyə Ordusubub sabiq baş qərargah rəisi İlker Başbuğ, ABŞ rəhbərliyinin terror təşkilatı PKK-nın başçısı Abdullah Öcalanı 1999-ci ildə Türkiyəyə təslim etməsi ilə təşkilatın nəzarətinin Suriyadan ABŞ-a keçdiyini açıqlayıb.
 
Baş Qərargahın keçmiş rəisi İlker Başbuğ, terrorçubaşı Abdullah Öcalanın 1999-cu ildə yaxalanması ilə bağlı səs gətirəcək dəyərləndirmələr edib. Başbuğ, "ABŞ Öcalanı verib, PKK-ya nəzarəti ələ aldı" deyib. ABŞ-da keçən həftə konfrans verib, müxtəlif təmaslarda olan keçmiş baş qərargah rəisi İlker Başbuğ “Hürriyyət” qəzetinə açıqlama verib.
 
ABŞ ÖCALANI NİYƏ TƏSLİM ETDİ?
 
“İlk dəfə bunu sizə deyəcəyəm. ABŞ, 1999-cu ildə Abdullah Öcalanı niyə Türkiyəyə təslim edib? Xatırlayın, o vaxtkı baş nazir rəhmətlik Bülənd Ecevitin bir açıqlaması vardı. "Niyə Öcalanı təslim edib bunlar, mən o qədər də başa düşmədim. Bunu bir düşünmək lazımdır. Əlbəttə, bu mənim şəxsi qiymətləndirməmdir və ilk dəfə açıq bir şəkildə ifadə edirəm. Öcalan 1979-cu ildə Suriyaya gedir. Çıxışına qədər 20 il orada qalır. Suriyada özünə bağlı bir Kürd qurumu yaratması prosesi də odur. Dəməşqdə yaşayarkən Öcalan kimin nəzarəti qoruması altında idi? Əsəd rejiminin. Daha açıq danışsaq, kəşfiyyat xidməti Əl Muhaberatın. Əlbəttə, Rusiyanın da bir qədər fəal olduğunu deyə bilərik. O dövrdə Öcalan, Muhaberatın nəzarəti və himayəsi altında idi. Və siz onu Suriyadan çıxardınız və Türkiyəyə təslim etdiniz. Bununla da təşkilat Suriyanın nəzarətindən uzaqlaşmış oldu və Amerikanın nəzarətinə keçdi”.
 
TƏSLİM ETMƏNİN SƏBƏBİ TƏŞKİLATI NƏZARƏT ETMƏK
 
Müxbirin "ABŞ-ın Öcalanı Türkiyəyə təslim etmə səbəbinin nəzarət etmək olduğunu deyirsiniz. Doğrumu başa düşdüm" sualına, Başbuğ bu cavabı verib: "Məncə əsas səbəblərdən biri budur. Əlbəttə 1999-cu ildən sonra ABŞ-ın PKK probleminə siyasi ağırlıqlı bir çözüm aramağa üstünlük verdiyini də görürük. O da bir ikinci səbəbdir. Bir məqamda da Abdullah Öcalanı Türkiyədə bir həbsxanaya qoysanız, bu PKK probleminin siyasi həlli üçün bir güc olur. Amma əsas məsələ Öcalan üzərindən Suriyanın təsirini almaq idi".
Müxalifət.az