ABŞ nümayəndəsindən Astana prosesinə təhdid

Baxış sayı:
5431

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri  Suriya problemi ilə bağlı Astana prosesinin iştirakçıları olan Türkiyə-Rusiya-İranı təhdid edib. ABŞ Xarici İşlər Nazirliyinin ötən həftə Türkiyə, Rusiya və İran arasında Suriya üçün həll mexanizmi olan Astana danışıqlarının uğursuz olduğu açıqlamasını təkrar edərək Cefri, "Artıq Astananın fişini çəkmək vaxtı çatıb" - deyib.
 
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri, Suriyaya münasibətdə İngiltərə, Fransa, Almaniya, İordaniya, Misir və Səudiyyə Ərəbistanının nümayəndələri ilə keçirdiyi görüşdən sonra ABŞ Xarici İşlər Nazirliyində mətbuat nümayəndələrinə açıqlamalar verib.
Astana toplantısında Suriya Konstitusiya Komissiyası üzvlərinin müəyyən olunmadığını bəyan edən Ceyms Ceffri, ABŞ-ın Astana danışıqlarına şəxsən qatılmasa da dəstəklədiyini, ancaq gəlinən nöqtədə prosesin artıq başa çatdığını irəli sürüb.
Türkiyənin Suriya Konstitusiya Komissiyasının üzvləri məsələsində Rusiya və İranın verdiyi şəxsləri qəbul etmədiyinə istinad edən Cefri, "Artıq Astananın bağlanma vaxtı çatıb" deyərək Suriyadakı siyasi həll üçün Cenevrə prosesinin təqib edilməsi lazım olduğunu bildirib.
Müxalifət.az