ABŞ-ın Nümayəndələr Palatası qəbul etdi: BU BİR SOYQIRIMDIR

Baxış sayı:
3565

ABŞ Konqresinin Nümayəndələr Palatası Myanma ordusu tərəfindən Arakanlı Müsəlmanlara edilən hücumları soyqırım kimi tanıyan qanun layihəsini qəbul edib.
 
Nümayəndələr Palatasının Baş Məclisində keçirilən səsvermədə yalnız 1 vəkilin əleyhinə çıxıdığı layihəyə 394 vəkil lehinə olaraq səs verib.
Nümayəndələr Palatasının üzvü, Respublikaçı Stiven Cozef Chabot tərəfindən təqdim olunan qanun layihəsində, Myanma ordusu tərəfindən Arakanlı mülki vətəndaşlara qarşı hücumların pislənməsi və 2017-ci ildə Arakanda edilən hücumların "soyqırım" olaraq tanınması maddələri yer alıb.
Həmçinin layihədə, Myanmanın xarici işlər naziri və dövlət rəhbərliyindən Aung San Suu Çi və sədr Vin Myinte, “Reuters” xəbər agentliyinin Myanmada həbs olunan iki müxbiri Wa Lone və Kyaw Soe Ah da daxil, bütün jurnalist və siyasi məhkumları azad buraxması çağırışı da yer alıb.
ABŞ rəhbərliyi uzun müddətdir Myanma ordusunun Arakanlı Müsəlmanlara qarşı təcavüzlərinə "səssiz" qalmaqla tənqid edilirdi.
Müxalifət.az