ABŞ-ın nəhəng şirkətlərindən “Türkiyə” mesajı

Baxış sayı:
3418

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşdüyü ABŞ-ın nəhəng şirkətlərindən “Citibank”, “General Electric”,” Pepsi”, “Coca Cola”,” Boeing”, “Google”, Microsoft”-da başda olmaqla, 30 iri şirkətin nümayəndələri Türkiyə iqtisadiyyatına etimad göstərdiklərini söyləyib. Amerikalı nəhənglər, "Türkiyəyə və prezident Ərdoğana inamımız tamdır. İnvestisiyalarımız davam edəcək. Türkiyəni bölgəsində mərkəz ölkə kimi görürük" deyib.
 
PREZİDENTƏ DOSYEL VERDİLƏR
Amerikanın 30 şirkətinin icraçı direktorları prezident Tayyib Ərdoğana iqtisadiyyata yönələn gözləntiləri və təkliflərini bildirib. İnformasiya, dərman, kosmetika, ərzaq, geyim kimi müxtəlif sektorlarda fəaliyyət göstərən Amerikalı şirkətlər Ərdoğana investisiya və gözləntilərinə dair bir də dosye təqdim edib.
Prezident Ərdoğanın "Türkiyə iqtisadiyyatının gücünə inanın" çağırışını cavabsız buraxmayan Amerikalı şirkətlərin nümayəndələri, Türkiyəyə güvəndiklərini bildirib. Amerikalılar, "Siyasi sahədəki gərginliklər ilk növbədə iqtisadiyyata təsir edir. Bunun keçilməsi üçün hamımız birgə səy göstərməliyik. Bu günlərin keçəcəyinə inanırıq" deyə, dəstək mesajı veriblər.
Müxalifət.az