​ABŞ-ın ən müasir qırıcısının qiyməti açıqlandı

Baxış sayı:
1618

F-15C/D və F-22-ləri əvəz edəcək yeni ABŞ qırıcısının qiyməti 300 milyon dollar olacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.
Nəşr bildirib ki, ABŞ Hərbi Hava Qüvvələrini təmin etmək üçün bu maşınlardan 414 ədəd lazımdır.
İlk təyyarənin isə 2030-cu ildə silahlanmaya qəbul ediləcəyi bildirilib.
Yeni nəsil qırıcılar F-22-yə nisbətən daha uzaq məsafələrə uçacaq, eləcə də təkmilləşdirilmiş gizlənmə sistemi ilə təchiz olunacaq.