ABŞ-a müttəfiqindən görünməmiş təpki: İranla müharibədə biz yoxuq

Baxış sayı:
5245

İspaniyanın Müdafiə nazirinin vəkili Margarita Robles İspaniyanın İran ilə yaşanacaq bir müharibədə iştirak etmək istəmədiyini açıqlayaraq ABŞ donanmasıyla ortaq hərəkət edən “Méndez Nunez” döyüş gəmisini geri çəkib.
 
Marqarita Robles İspaniyanın İranla əlaqədar hər hansı bir qarşıdurmanın içinə çəkilmək istəmədiyini söyləyib.
Margarita Robles mövzuyla əlaqədar etdiyi açıqlamada, İspaniya hökumətinin "ciddi və etibarlı bir tərəfdaş" olduğunu, ancaq bunun yalnız Avropa Birliyi və NATO ilə müqavilələr çərçivəsində mümkünlüyünü söyləyib.
İspaniyanın Müdafiə nazirinin vəkili Margarita Robles Washington ilə İran arasındakı anlaşılmazlıq səbəbiylə Körfəzə göndərilən ABŞ donanmasının içində müvəqqəti olaraq iştirak edən İspan freqatı “Méndez Núñez”-in 125 nəfərlik heyəti ilə birlikdə bu qrupdan ayrılması əmrini verib. ABŞ donanması Qırmızı deniz ilə Hindi okeanını birləşdirən Mendez boğazından keçərək İran Körfəzinə girmək üçün Hüömüz boğazına doğru yol alır.
Nazir Robles İspaniyanın yalnız AB və Beynəlxalq təşkilatlara olan öhdəliklərə bağlı olduğunu ifadə edərək "Biz ortaq mövqeyimizi buradan alırıq" deyib.
Müxalifət.az