ABŞ-ın müstəmləkə valisindən “Suriya” açıqlaması

Baxış sayı:
3802

ABŞ prezidenti Donald Trampın İŞİD-la Mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makgurk ABŞ-ın Suriyada İŞİD-la mübarizədə əldə edilən nailiyyətlərin davamlılığını təmin etmək üçün "daxili təhlükəsizlik qüvvələri" qurulana qədər Suriyada qalmağa davam edəcəyini bildirib.
 
Makgurk ABŞ-ın Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında İŞİD-la mübarizədəki son vəziyyətə dair açıqlama verib.
 
“İŞİD-ı məğlub edib gedə bilmərik”
 
Suriyada İŞİD-a qarşı hərbi əməliyyatların hələ də davam etdiyini və İŞİD-ın varlığının bir faizə düşdüyünü bildirən Makgurk, Suriyada İŞİD-ın tamamilə təmizlənməsindən sonra əldə edilən nailiyyətlərin davamlılığını təmin etmək naminə işlər gördüklərini ifadə edib.
ABŞ rəhbərliyindəki koalisiyanın nə zaman Suriyadan ayrılacağı sualına Makgurk, "Bütün bu nailiyyətlərin davam etdiriləcəyinə əmin olacağımız bir kampaniya mərhələsindəyik. Hərbi hədəf İŞİD-ın tam məğlubiyyətinin qalıcı olmasıdır və illər ərzində bir şey öyrəndiksə, onları fiziki olaraq məğlub edib, sonra çıxıb gedə bilməzsiniz. Nailiyyətlərin davamlılığını təmin etmək naminə daxili təhlükəsizlik qüvvələrinin yaranmasından əmin olmalısınız" deyə cavab verib.
 
PKK-nı DAXİLİ TƏHLÜKƏSİZLİK EDİRLƏR
 
ABŞ-ın PKK-nın Suriya qolu YPG-ni regionda böyük güc halına gətirmək planları da işlədilməyə davam edir.
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) bir hesabatında ABŞ dəstəkli SDG adını istifadə edən PYD/PKK-lılara Suriyada "daxili təhlükəsizlik gücü", "sərhəd təhlükəsizliyi gücü" və "partlayıcı mütəxəssisi" adı altında təlim verməyə başladığını və terrorla mübarizə qüvvələrini yenidən qurmağı planlaşdırdığını bildirmişdi.
Makgurk bölgədə kiçik bir ərazidə varlıq göstərən İŞİD-ın yox edilməsinin nə üçün bu qədər uzandığı sualına, İŞİD döyüşçülərinin canlı bomba jileti geyindiyini və bir çox yerə əl istehsalı partlayıcı yerləşdirdiyini bu səbəblə müharibə etməyin olduqca çətin olduğunu və zaman aldığını ifadə edib.
Müxalifət.az