​ABŞ müşavirinin Türkiyə XİN-ə çağırılmasının səbəbi

Baxış sayı:
25645

ABŞ-ın Ankara səfirliyinin müşaviri Filip Kosnet Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Muxalifet.az xəbər verir ki, müşavirin Suriya məsələsi ilə bağlı XİN-ə çağrıldığı bildirilib.
Türkiyə XİN-ə çağırılan ABŞ səfirliyinin müşaviri Kosnetə ABŞ-ın PYD üzvlərini silahla təmin etməsindən dolayı narahatlıq bildirilib.
Qeyd edək ki, son günlər ABŞ-ın Suriyanın şimalında vahid ordu yaradacağı barədə xəbərlər dolaşır.