"ABŞ müharibə axtarmır" - Nikki Heyli

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli yeni bəyanatla çıxış edib.
 
Şimali Koreya dünya dövlətləri ilə münasibətləri hələ də bərpa edə bilər.
BMT-nin Təhlükəsizlik Şurası isə Şimali Koreyanın növbəti nüvə sınağına qarşı yeni sanksiyalar tətbiq edib. Bu sanksiyalar isə respublikanın ixrac və idxal imkanlarını məhdudlaşdıracaq.
Heyli deyib: "Yeni sanksiyalar bizə ləzzət vermir. Biz müharibə axtarmırıq. Şimali Koreya rejimi üçün hələ gec deyil. Əgər onlar nüvə proqramını dayandırmağa razılaşsalar, onların şansı var. Əgər onlar sülh içində yaşaya bildiklərini sübut etsələr, dünya sülh içində yaşayacaq".
ABŞ  diplomatı qeyd edib ki, əgər Şimali Koreya təhlükəli fəaliyyətini davam etdirsə, təzyiq də davam edəcək: "Seçim onlarındır".