ABŞ mətbuatından Trampa şok: Təmizlənməz bir ləkə!

Baxış sayı:
2713

ABŞ-ın “Vaşinqton Post” qəzeti prezident Donald Trampın Səudiyyə jurnalisti Camal Qaşıqçının öldürülməsindən heç narahat olmadığını ifadə edərək "Əksinə, cənab Tramp Qaşıqçını öldürməsi üçün qrup göndərən kral sarayının imtina edilməz dəstəkçisi oldu" deyə yazıb.
 
Qəzet "Səudiyyə Ərəbistanı bir jurnalist öldürdü və Tramp buna əhəmiyyət vermir" başlıqlı məqaləsində, Qaşıqçı cinayətindən sonar tutduğu mövqeyinə görə Trampı tənqid edib.
Trampın cinayətdən qısa müddət sonra etdiyi açıqlamada, "Cinayətin ağır nəticələri olacaq" dediyi xatırladılan məqalədə, "İndi aradan keçən 8 aylıq müddətin sonunda bu açıqlama Tramp tərəfindən bir kənara atıldı. Əksinə, cənab Tramp Qaşıqçını öldürməsi üçün qrup göndərən kral sarayının imtina edilməz dəstəkçisi oldu" deyə qeyd edilib.
ABŞ Xarici İşlər naziri Mayk Pompeonun dünən Səudiyyə Ərəbistanına reallaşdırdığı səfərə işarı edilən məqalədə, buradakı görüşlərdə Qaşıqçı mövzusunun gündəmə belə gəlmədiyi vurğulanıb və Tramp rəhbərliyinin Qaşıqçı cinayətini artıq unutduğu ifadə edilib.
Məqalədə, Pompeonun Səudiyyə Ərəbistanındakı insan haqqları pozuntularını Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin gündəminə gətirməməsinin "çaşılacaq bir vəziyyət olmadığı" qeyd edilib.
 
ABŞ ÜÇÜN "TƏMİZLƏNMƏZ BİR LƏKƏ"
 
Məqalədə bu ifadələrə yer verilib:
"BMT-nin Xüsusi Məruzəçisi Agnes Callamardın hesabatından çıxış edərək artıq bilirik ki, 2 oktyabr 2018-də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda Qaşıqçının öldürülməsi əvvəlcədən planlaşdırılmış bir şey idi. Qaşıqçı binaya girmədən bir neçə dəqiqə əvvəl iki Səudiyyə səlahiyyətlisi öz arasında danışırdı. Biri 'Oynaqlarını ayıracağıq, problem deyil, bədəni ağırdır, əgər plastik torbalar alsaq və parçalara bölsək bu iş bitər' deyib.
Callamardın da dediyi kimi, Qaşıqçının öldürülməsi Səudiyyə Ərəbistanı dövlətinin məsul olduğu bir mühakiməsiz edamdır".
Məqalədə, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefonda danışan Trampın Qaşıqçı mövzusunu heç gündəmə gətirmədiyi xatırladılaraq Trampın "Qaşıqçı cinayətinin kifayət qədər araşdırıldığına inandığı" vurğulanıb.
Məqalənin sonunda, "Cənab Trampın ağır nəticələr dediyi şeylər bunladır? Demokratiyaya inanan bir jurnalistin əvvəldən planlaşdırılmış şəkildə öldürülməsi, Trampı maraqlandırmır, ancaq (Qaşıqçı üçün) qatilləri göndərən diktatorluq olan krallığın bəslənməsi, onun dərhal maraq və fədakarlığına səbəb olur. Yaxşı, bəs ABŞ bunun əvəzində nə alır? Yəməndəki qanunsuz müharibədə cinayət ortaqlığı və əxlaqi səviyyədə təmizlənməz bir ləkə" deyə qeyd edilib.
Müxalifət.az