“ABŞ Mərkəzi Komandanlığına sızmışıq” – İran generalı

İran ABŞ-ın bölgədəki hərbi təşkilatlarının Mərkəzi Komandanlığına sızmağı bacarıb.
 
Bunu İran dövlət televiziyasına müsahibəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Kosmik Qüvvələrinin komandanı general Əmirəli Hacızadə söyləyib.
“Yaxın gələcəkdə ABŞ-ın İraq və Suriyada hansı addımlar atmaq istədiyinə dair bəzi sənədləri ifşa edə biləcəyik. Biz bütün bu illər ərzində ABŞ-ın Mərkəzi Komandanlığına sızaraq, nə etdiyini, nəyi vurduğunu, İŞİD-i necə dəstəklədiyini görürdük. SEPAH-ın gücü tam olaraq mətbuata bildirilmir, amma ABŞ və İsrail bizi çox yaxşı tanıyır. ABŞ qarşısında geri çəkilməyimizin mənası yoxdur, ona görə ki, amerikalılar anlaşılacaq biri deyillər. Amerika əgər bombanın anasına sahibdirsə, biz də atasına sahibik”, – deyə o bildirib./axar.az