​ABŞ: Moskva bununla Türkiyə ilə münasibətlərimizi pozur

Baxış sayı:
5356

Moskva S-400 sazişi ilə bağlı yaşanan böhrandan istifadə edərək Vaşinqtonla Ankara arasındakı dərin münasibətləri pozmağa çalışır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Erik Pahon deyib. O bildirib ki, Ankara ilə Vaşinqton arasında danışıqlar bitməyib:
"Rusiya üçün ən böyük hədiyyə NATO ittifaqında parçalanma yaratmaqdır. Ancaq belə bir şey olmayacaq və Türkiyə ilə münasibətlərimiz davam edəcək. Biz bu ölkə ilə 70 ilə yaxındır ki, müttəfiqik. Əlbəttə, Türkiyənin Rusiya ilə imzaladığı müqaviləni ləğv etməsini və NATO-da istifadə edilən "Patriot sistemini almasını istəyirik".