ABŞ Menbiçdə 8 min terrorçuya HƏRBİ VƏSİQƏ PAYLAYIB - Şok detallar

Baxış sayı:
6640

"Terror təşkilatının 25 canlı bombası və 5 bombalı avtomobili Afrində pusquda gözləyir. Amerikalılar Münbiç Hərbi Şurasını qurub, 8 min terrorçuya hərbi kimlik paylayıb. Terror təşkilatında ABŞ-ın verdiyi idarə olunan raketlər və sarın qazlı qaubitsalar var".
 
YAXALANAN YPG-li TERRORÇU TƏŞKİLATIN MƏRKƏZDƏKİ PLANINI İFŞA EDİB
 
Afrində iki ildir ki, “Zeytun Budağı” hərəkatına qarşı hazırlıq aparan PKK-PYD-nin yaxalanan terrorçuları Qərbin təşkilata dəstəyini açıq şəkildə ifşa edib. Yaxalanan YPG-li terrorçular ifadələrində Afrinin 2 il əvvəl terror yuvasına döndüyünü və tunellər qazıldığını söyləyib. YPG-li terrorçular Qəndildən snayperlərlə bərabər, 25 canlı bombanın gəldiyini bildirib. Terrorçunun verdiyi ifadələr və Afrindəki terror həqiqəti:
 
5 BOMBALI MAŞIN GÖZLƏYİR
 
“Afrinin mərkəzində 5 bombalı avtomobil var. TSQ və ASO-nun şəhərə daxil olacağı günü gözləyirlər.
Terror təşkilatının əlində çox uzunmənzilli və istiliklə idarə olunan raketlər ilə sarın qazı var. Sarin qazı ilə təhciz olunmuş top mərmiləri Türk əsgərlərinə qarşı istifadə olunacaq.
PYD dinc xalqın arxasında gizlənir. YPG-lilər getmək istəyən əhalini həbs edib, kamerada saxlayır.
 
8 MİN NƏFƏR ƏSGƏR KİMLİYİ
 
Afrin üçün ən böyük dəstəyin Münbiçdən gəldiyini etiraf dən YPG-lilər, “Münbiçdə Hərbi Şura qurulub. Amerikalı rəsmilər 8 min nəfərə hərbi kimlik paylayıb" - deyiblər.

Müxalifət.az