ABŞ-lı Senator Grahamdan “Venesuelanı işğal” çıxışı: “Təyyarə gəmimiz haradadır”?

Baxış sayı:
6340

 Venesuelada hərbi çevriliş cəhdinin müvəffəqiyyətsiz olması ABŞ-lı siyasətçiləri çılğına döndərib. Venesuelanın işğal edilməsinə qarşı son çağırış ABŞ-lı senator Lindsey Grahamdan gəlib. Qraham Tramp rəhbərliyini müdaxilə etməməkdə günahlandıraraq “Biz sanksiyaları danışarkən, Kuba və Rusiya Maduroya dəstək vermək üçün Venesuelaya əsgər göndərir. Bizim təyyarə gəmimiz haradadır” mesajını paylaşıb.
Bu arada Pentaqon rəhbərliyinin Venesuelaya hərbi müdaxilə variantına soyuq baxdığı bildirilib.
Müxalifət.az