​ABŞ-la Türkiyə arasında açıq toqquşma: Alyansda çat...

Baxış sayı:
5947

ABŞ ilə Türkiyə arasında son dövrdə yaşanan böhran iki ölkə arasında açıq toqquşmaya çevrilməklə yanaşı, NATO daxilində bir çat yaradıb.
Muxalifet.az xəbər verir ki, bunu israilli politoloq Aviqdor Eskin bildirib.
"Türk lirəsi ABŞ-ın sanksiyaları altında dağıldı. Sanksiyalardan sonra lirə rekord səviyyədə aşağı düşdü. NATO-nun bir üzvü digərinə sanksiya tətbiq edir, bu günə qədər alyans daxilində belə bir hadisə baş verməyib. Siyasi çəkisi olan ciddi bir həmlənin müzakirə məsələsi olduğunun şahidiyik", - Eskin söyləyib.