​ABŞ-la AB-nin münasibəti pisləşəcək - Puşkov

Baxış sayı:
1883

ABŞ-ın İranla nüvə razılaşması ABŞ-la Avropa Birliyinin arasında münasibətləri kritik həddə çatdıracaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov paylaşıb. O bildirib ki, ABŞ Prezidenti Donald Tramp nüvə razılaşmasının yenidən gözdən keçirilməsini istəyib, amma AB də bilir ki, hər hansı bir düzəliş müqavilənin ləğv olunmasına səbəb ola bilər.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp İranla nüvə razılaşmasının davam etdirilməsi üçün sonuncu şans olduğunu bildirib. O, Avropadakı müttəfiqlərindən İranla nüvə razılaşmasına əlavələr edilməsini istəyib. Tramp həmçinin bu müddət ərzində heç bir əlavələ olmayacağı təqdirdə, ABŞ-ın nüvə razılaşmasından çıxacağını bildirib.