​ABŞ kürdləri buna görə silahlandırır - Rus ekspert

Baxış sayı:
9370

ABŞ Suriyada şəxsən döyüşmək istəmir, bu səbəbdən bunu vəkilləri vasitəsilə həyata keçirir.
Muxalifet.az  xəbər verir ki, bu sözləri rusiyalı ekspert Sergey Drujilovski deyib.
Vaşinqtonun sözügedən səbəbdən dolayı kürdləri silahlandırdığını deyən Drujilovski ABŞ-ın çox güman fəaliyyətini sona çatdıracağını bildirib:
"ABŞ Suriyada şəxsən döyüşmək istəmir. Hazırda Vaşinqtonun kürdlər kimi etibarlı müttəfiqləri var. Çox güman Suriya faciəsi uzun müddət davam edəcək və ABŞ bataqlığa girmək istəmir. Bu böhranın məsuliyyətini tədricən suriyalıların üzərinə atacaq. Suriya Prezidenti Bəşər Əsədlə döyüşmək istəyən bütün qüvvələr ABŞ-ın müttəfiqi mövqeyindədir", - Drujilovski söyləyib.