ABŞ kuklası Guaidoya BMT-dən soyuq duş

Baxış sayı:
4789

Birləşmiş Milətlər Təşkilatının (BMT) baş katibi Antonio Guterres Venesuelada özünü müvəqqəti prezident elan edən Milli Məclisin sədri Xuan Guaidonun BMT-dən humanitar yardım və təhlükəsizlik tələb edən məktubuna cavab verib.
 
BMT baş katibinin sözçüsü Stephane Dujarric gündəlik mətbuat brifinqində BMT-nin baş katibi Antonio Guterresin Guaidonun Twitter vasitəsi ilə ona göndərdiyi məktuba cavab verdiyini deyib. Guterresin ölkədəki böhran və Venesuela xalqı üzərindəki təsirlərindən narahatlıq duyduğunu çatdırdığını ifadə edən Dujarric, baş katibin məktubunda, "BMT Venesuelada humanitar yardım sahəsində fəaliyyətlərini artırmağa hazırdır, ancaq bunun üçün hökumətin razılığı və iş birliyi lazımdır" ifadəsinə yer verdiyini bildirib.
BMT-nin Venesueladakı böhrana siyasi həll tapma mövzusunda köməyə hazır olduğunu da qeyd edən Dujarric, Guterresin Guaidoya göndərdiyi məktubun Venesuelanın BMT-dəki Daimi Nümayəndəliyinə də çatdırıldığını söyləyib.
 Müxalifət.az